Azərbaycanın ən yaşlı pensiyaçısının 130 yaşı var

sosial
15-01-2021, 12:25 865
Azərbaycanın ən yaşlı pensiyaçısının 130 yaşı varBu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.
O qeyd edib ki, pensiyaçıların 27 nəfəri kişi, 373 nəfəri isə qadındır:
“Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır”.