Azərbaycan vətəndaşları 2020-ci ildə Türkiyədə nə qədər ev alıb? - FOTO

sosial
14-01-2021, 14:21 1062
Azərbaycan vətəndaşları 2020-ci ildə Türkiyədə nə qədər ev alıb? - FOTO2020-ci il ərzində Türkiyədə ən çox daşınmaz əmlak satın alan əcnəbilər arasında Azərbaycan vətəndaşları ilk 20 ölkə sırasındadır. Bu barədə Türkiyənin Statistika İdarəsi məlumat yayıb. Mənzil satışı statistikalarına görə, Türkiyədə müvafiq dövr ərzində ən çox əmlaka sahib olan ölkələr sırasında Azərbaycan 16-ci yerdədir. 2020-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 155 daşınmaz əmlak satın alıb. Bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə doqquz ədəd və ya 6,2 faiz daha çoxdur. Eləcə də, dekabr ayı üzrə Türkiyədə ən çox əmlaka sahib olan ölkələr sırasında Azərbaycan 5-ci yerdədir. 2020-ci ilin yanvar-dekabr ayları ərzində isə Azərbaycan vətəndaşları Türkiyədə 1 279 daşınmaz əmlak alışı həyata keçirib. Bu da 2019-cu ilin yanvar-dekabr ayları ilə müqayisədə 88 ədəd və ya 7,4 faiz daha çoxdur.

Qeyd edilib ki, Türkiyədə 2020-ci ildə əcnəbilərə 40 min 812 mənzil satılıb. Bu, 2019-cu illə müqayisədə 10,3 faiz azalıb. Satışların böyük həcmi və ya 46,9 faizi İstanbulun payına, 18,9 faizi Antalyanın, 6,7 faizi Ankaranın payına düşüb.


Azərbaycan vətəndaşları 2020-ci ildə Türkiyədə nə qədər ev alıb? - FOTO