“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
sosial
14-01-2021, 14:18
616

Həmin vəsaitdən 15 milyon 594 min 763,57 manat fiziki şəxslər, 10 milyon 800 min 087,1 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 1 milyon 198 min 278,49 manatı xərclənib. Vəsaitin qalığı isə 25 milyon 196 min 572,18 manatdır.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.