Ərdoğan: Bütün dünyaya Türkiyə və Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərmiş olacağıq
dunya
13-01-2021, 19:36
1060

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə baş tutan telefon danışığı haqqında “Telegram” hesabında belə məlumat paylaşıb. Türkiyə Prezidenti telefon danışığı zamanı Türkiyənin bölgədəki sülh və əmin-amanlığa hər cür töfhə və dəstək verəcəyini açıqlayıb.
“Dağlıq Qarabağda sülhün gücü və müşahidəyə ehtiyac olmadan birgə yaşayışı təmin edən şərtlər yaratmaq istəyirik. Bu həyata keçirildikdən sonra bütün dünyaya Türkiyə və Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərmiş olacağıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.