
Türkiyənin Bursa şəhərində çörək sexinə müştəri kimi daxil olan şəxs işçilərdən birinin telefonunu oğurlayıb. DHA-nın yaydığı məlumata görə, sex işçisi sonradan telefonunun olmadığını hiss edib və təhlükəsizlik kamerasına baxıb. Məhz bundan sonra telefonunun necə və kim tərəfindən oğurlandığını başa düşən sex işçisi hüquq-mühafizə orqanlarına müraciət edib.
Həmin görüntüləri təqdim edirik: