Bakıda polis zabiti 3 maşını əzdi

hadise
12-08-2015, 16:17 893
[img=left]http://realfakt.az/uploads/posts/201[center] Polis əməkdaşı xəstəxanaya yerləşdirilib
Bakıda polis zabiti ağır qəza törədib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu Hüseyn Cavid prospekti 77 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Əlizadə Əşrəf Vidadi oğlunun idarə etdiyi "Toyota Prado" əvvəlcə Vaqif Əliyevin sürdüyü "Mercedes"ə, daha sonra isə Eldəniz Musayevin idarə etdiyi digər avtomobilə çırpılıb.Nəticədə hər 3 avtomobil əzilib. Sürücülərdən 25 yaşlı Ə.Əlizadə xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, qəzada yaralanan 25 yaşlı Ə.Əlizadə Yasamal RPİ, 29-cu Polis Bölməsinin sahə müvəkkili, polis zabitidir.