Putin Sarkisyana Qarabağın qaytarılmasına mane olmamağı tapşırıb? – Rusiyadan ŞOK PROQNOZ

dunya
8-09-2015, 15:16 870
Putin Sarkisyana Qarabağın qaytarılmasına mane olmamağı tapşırıb? – Rusiyadan ŞOK PROQNOZ “Vladimir Putinlə Serj Sarkisyan yenə də bağlı qapılar arxasında Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər. Rəsmi məlumatlarda bu deyilməsə də, belə bir müzakirənin olduğu dəqiqdir. Xüsusilə Sarkisyanın diqqətinə çatdırılıb ki, bu və ya digər arqumentlərlə münaqişənin nizama salınmasında mümkün irəliləməni təxirə salmaq müsbət deyil. Sarkisyanın əsas arqumentlərinə bunlar daxildir: güzəştə gedərsə, bu, onun mövqelərini silkələyəcək, müxalifət və Robert Koçaryan Qarabağ kartından istifadə edəcək”.
Moskva Dövlət Universitetinin İnformasiya-analitik mərkəzinin rəhbərinin müavini, politoloq Andrey Petrov deyib.
“Moskva münaqişənin başqa ölkə tərəfindən həll edilməsini gözləməyəcək”
Rusiyalı politoloq qeyd edib ki, Sarkisyan bundan narahatdır və bütün vasitələrlə hakimiyyətdə qalmağa çalışır: “Əgər o, Qarabağdakı status-kvodan imtina edərsə, onun hakimiyyəti üçün risk yaranacaq”.
A.Petrov Rusiyanın münaqişənin həllində aktivləşməsini də şərh edib.
“Fikrimcə, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aktiv vasitəçi roluna qayıdır. Bu vasitəçilik Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi iştirakı ilə xüsusi format halını alıb. Ötən il neft qiymətlərinin kəskin düşməsi ilə bu format kəsilmişdi. Rusiya şəxsi problemləri ilə məşğul olmağa, Qərblə iqtisadi münasibətlərə yenidən baxmağa, Şərqə açılmağa məcbur idi. Bu yaxınlarda prezident Vladimir Putin Şərq iqtisadi forumunda çıxış edərkən bildirdi ki, Rusiya yeni şəraitə uyğunlaşdı. Kreml xarici siyasətdə açıq qalan suallara qayıdacaq və burada əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir”, - deyə politoloq bildirib.
A.Petrov Azərbaycanın Rusiya üçün ən maraqlı yeni tərəfdaş olduğuna diqqət çəkib: “Suveren dövlət olan bu ölkə Rusiyaya qarşı duran güclərin yanında yer almır, güclü hakimiyyətə və inkişaf edən iqtisadiyyata malikdir. Hansısa siyasi səbəblər Azərbaycanı Rusiyaya qarşı qoya bilər, qoyulan investisiyalara zərbə vurar. İqtisadi tərəfdaş kimi Azərbaycan etibarlıdır. Lakin Dağlıq Qarabağ münaqişəsinə görə investorlar öz maliyyələrini yatırmaqdan bəzən çəkinirlər. Buna görə də beynəlxalq həyatda aktiv iştiraka üstünlük verən Moskva çətin ki, hansısa başqa ölkənin Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etməsini gözləyəcək”.
“Rusiya öz yüklərini Azərbaycan üzərindən Ermənistana daşıya bilər”
Politoloqun fikrincə, münaqişə həll olunarsa və regionda sülh əldə edilərsə, Rusiya öz yüklərini Azərbaycan üzərindən Ermənistana daşıya bilər: “Halbuki hazırda Rusiyanın strateji müttəfiqi olan Ermənistan çətin vəziyyətdədir. Münaqişənin mövcudluğu investorların bu ölkədə təhlükəsizliyini sıfıra endirir. Ermənistan Avrasiya İttifaqında təmsil olunduğu üçün bu, ittifaq ölkələrinin ümumi problemə çevrilir. Yəni münaqişənin davam etməsi Rusiyanın inkişafına da zərərlidir. Təhlükəsiz Azərbaycan və təhlükəsiz Ermənistanın açarı Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasındadır”.
“Yaxın vaxtlarda münaqişənin nizama salınması istiqamətində yeni danışıqların şahidi olacağıq”
Petrov əlavə edib ki, münaqişənin nizama salınması Ermənistanın özünə sərf etsə də, onun rəhbərliyinin maraqlarına uyğun deyil.
“Bu proses Sarkisyanın hakimiyyətdə qalmasını təmin edir. Güman ki, bu ziddiyyətlər haqda Rusiya və Ermənistan prezidentləri görüşdə danışıblar. Əlavə edim ki, müharibə heç bir tərəf üçün əlverişli deyil. İndiki halda İrəvan öz siyasi gələcəyini riskə atır. Bakıda da strateji iqtisadi layihələri sual altına qoymaq istəməzlər. Regionun qaynar nöqtəyə çevrilməsini Rusiya da istəmir. Xüsusilə müharibənin strateji müttəfiq və etibarlı tərəfdaş arasında baş verməsi Moskvaya sərf etmir. Buna görə də yalnız diplomatiya yolu qalır. Lavrov Prezident İlham Əliyevlə görüşdü, Putin də Sarkisyanla. Güman ki, yaxın vaxtlarda biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni danışıqların şahidi olacağıq”, - deyə ekspert diqqətə çatdırıb.
Onun sözlərinə görə, Rusiya regionda Qərblə qarşıdurmada qalib çıxmaq istəyir: “Sarkisyan diasporun dəstəyindən asılıdır. Hansı ki, bu qüvvə ABŞ-da yerləşir. Vaşinqton BMT qətnamələri çərçivəsində münaqişəni həllinə qərar verəcəksə, diaspordan istifadə edərək İrəvana təsir etmək imkanlarını da qorumalıdır. Bundan başqa, ABŞ və Avropa Birliyi türk-erməni sərhədlərinin açılması məsələsini gündəmə gətirə bilər. Bu zaman Ermənistanın loyallığı Rusiyanın maraqlarını sual altına qoyacaq. Buna görə də cari vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Rusiya üçün bir nömrəli məsələdir”.