“Paşinyan dünən axşama qədər içdi, hətta intihar etməməsi üçün...” - Aram Qabriyelyan

hadise
15-12-2020, 11:24 1354
“Paşinyan dünən axşama qədər içdi, hətta intihar etməməsi üçün...” - Aram QabriyelyanErməni juranlist və "News Media" holdinqinin qurucusu Aram Qabriyelyan baş nazir Nikol Paşinyanın vəziyyətinin ağır olduğunu yazıb.
BAXAR.AZ “news.am”a istinadla xəbər verir ki, Qabriyelyan Paşinyanın dünən bağ evində durmadan spirtli içki qəbul etdiyini, səhhətinin pisləşdiyini deyib:
“Bütün faktlar tərəfimdən bir neçə mənbə vasitəsilə təsdiqlənib. Nikol dünən axşama qədər içdi. Hətta, bir neçə dəfə masada yatıb qaldı. Spirtli içkini tək qəbul edirdi. Şəxsi mühafizəçiləri onu yaxın məsafədən izləyirdi çünki, Nikolun ağlına intihar fikri gəlmişdi. Baş nazirin şəxsi həkimi onun psixi pozğunluq həddində olduğunu bilir, ancaq Nikola psixotrop dərman yazmağı qətiyyətlə qadağan edib. Çünki, təxminən 3 həftə əvvəl Paşinyan psixotrop maddələri alkoqolla qarışdırıb qəbul edərkən təhülkəsizlik işçiləri ona mane olmuşdu”.

Aram Qabriyelyan həmçinin qeyd edib ki, Paşinyan axşam içdikdən sonra qışqırmağa başlayıb:
“Həkimlərin təhlükəsizlik işçilərinə verdiyi yeganə tövsiyə, Paşinyanın içməsinə icazə vermək və pis xəbərlərdən təcrid etməkdir. Dünən Hadrut barədə eşidən kimi əməkdaşlardan birini çağırıb telefonla kiməsə zəng etdi əsəbi halda danışdı. Telefonu qoyduqdan sonra qışqırmağa başladı. Onik Qasparyanı xain kimi qovacağını deyirdi. Hökumət binasındakı dəlixana idi. Polis, şəxsi təhlükəsizlik, müavinlər, təcili yardım həkimləri ora-bura qaçırdılar. Nikol isə dayanmadan qışqırırdı”.