AZƏRBAYCAN » CƏMİYYƏ

tehsil
12-08-2015, 15:20 929
AZƏRBAYCAN » CƏMİYYƏ Kolleclərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin siyahısı "abiturient.az" saytında yerləşdirilib - TQDK
Bakı, 12 avqust, SalamNews. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin siyahısının dərc olunduğu “Abituriyent” jurnalının xüsusi buraxılışı "abiturient.az" saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SalamNews-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Abituriyent” jurnalının xüsusi buraxılışının elektron versiyası http://eservices.tqdk.gov.az/ejurnal/ ünvanında yerləşdirilib.
Bank kartı vasitəsilə ödəniş etməklə jurnalın elektron versiyasını (pdf formatında) əldə edə bilərsiniz. Bunun üçün istifadəçi "abiturient.az" saytında “TQDK-nın nəşrlərinin elektron satışı" düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompüterinə yükləyərək ondan istifadə edir.
- See more at: http://ru.salamnews.org/az/news/read/184250#sthash.oRnghPeY.dpuf