Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirildi

sosial
19-11-2020, 15:33 1118
Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirildiBakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avto nəqliyyat vasitəsinin 16-sı artıq Bakıya gətirilib, qalanları da ilin sonuna kimi gətiriləcək.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq.