» » Xalq Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşları olduqları üçün fəxr edir - MÜRACİƏTLƏR


Xalq Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşları olduqları üçün fəxr edir - MÜRACİƏTLƏR

16-11-2020, 21:35
Oxunub: 780
Çap et
Xalq Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşları olduqları üçün fəxr edir - MÜRACİƏTLƏRAzərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və bu əməliyyatlara böyük dəstək ifadə olunur.
Müraciətlərdə bildirilir ki, İlham Əliyevin necə bir sərkərdə, necə bir siyasətçi olduğunu bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydu. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadı.
Xalq qeyd edir ki, dövlət başçısı Ali Baş Komandan onilliklər boyu qalmış problemləri həll etməyi bacardı və Qarabağı Azərbaycana qaytardı.
Müraciət edənlər xalqımız Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması, həmçinin adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan Bayrağının ucaldılması sevincini bizlərə yaşadan prezidentimizə təşəkkür edib.
Vətəndaşlarımız Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşı olduqları üçün fəxr etdiklərini qeyd edirlər.
Reytinq: