Qarabağla əlaqəli bəyanatın imzalanmasına hazırlıq mərhələsinin görüntüləri - VİDEO

dunya
15-11-2020, 19:23 1270
Qarabağla əlaqəli bəyanatın imzalanmasına hazırlıq mərhələsinin görüntüləri - VİDEOAzərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan tərəfindən Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasının hazırlıq görüntüləri yayılıb.
“Rossiya 1” telekanalı noyabrın 10-da bağlanılan müqavilənin hazırlıq mərhələsindən görüntüləri yayımlayıb.
Kadrlarda Vladimir Putinin bəyanatın imzalanması üçün hazırlıqların aparıldığı ofisindən görüntülər qeyd edilir.
Videoreportajda telekörpüyə hazırlıq mərhələsinin görüntüləri əks etdirilir, prezidentlərin telekonfransla əlaqəsinin sinxronizasiyası barədə ətraflı məlumat verilir.
Ermənistan Baş naziri Nikol Paşinyanın telekonfransa qoşulmaması və imzasını ekrandan kənarda qoymaq qərarına gəlməsi xüsusilə vurğulanır.