Nazirdən MÜJDƏ: "Maska tezliklə həyatımızdan çıxmış olacaq"

dunya
13-11-2020, 13:24 850
Nazirdən MÜJDƏ: "Maska tezliklə həyatımızdan çıxmış olacaq"Türkiyə Səhiyyə Nazirliyindən Kovid-19 ilə bağlı önəmli açıqlamalar
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirus infeksiyası ilə bağlı özünün "Twitter" hesabından məlumat yayıb.
BAXAR.AZ Modern.az-a istinadən xəbər verir ki, nazir açıqlamasında peyvənd çalışmalarında yeniliklər olduğunu bildirərək, Türkiyə vətəndaşlarını ümidləndirib:
"Sərbəst şəkildə nəfəs aldığımız günlər üçün darıxmışıq. Maska tezliklə həyatımızdan çıxmış olacaq. Koronavirus peyvəndi ilə bağlı aparılan tədqiqatlarda irəliləmələr qeydə alınıb. Nəticələri gözləyək. Evimizdən kənarda, başqaları ilə olduğumuz hər yerdə maskalarımızı qaydalara uyğun geyinək. Səbriniz üçün təşəkkür edirəm".