Xəstəliyə dözə bilməyən qoca özünü asdı

hadise
8-09-2015, 14:43 970
Xəstəliyə dözə bilməyən qoca özünü asdı Daha əvvəl də oxşar hadisə Xaçmazda baş verib.
Neftçala rayonunda intihar hadisəsi baş verib. Hadisə Xol Qarabucaq kəndində qeydə alınıb.
Neftçala rayon Prokurorluğundan verilən məlumata görə, rayonunun Xol Qarabucaq kənd sakini, 1934-cü il təvəllüdlü Tahir Məmmədqulu oğlu Səmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.
81 yaşlı kişinin intihar etməsinə ilkin ehtimal onun prostat xərçəngindən əziyyət çəkməsi olub.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
Bundan əvvəl də oxşar hadisə Xaçmazda qeydə alınmışdı. Yalama kənd sakini 1934- cü il təvəllüdlü, Neymət Neymətov özünü yaşadığı evin həyətindəki meyvə ağacından asmışdı.
81 yaşlı kişinin intihar etməsinə səbəb xərçəng xəstəliyindən əziyyət çəkməsi və ağrılara dözə bilməməsi olmuşdu.