İlham Əliyev: “Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri fəaliyyət göstərəcək”

siyaset
10-11-2020, 08:39 793
İlham Əliyev: “Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri fəaliyyət göstərəcək”“Bu bəyanatla yeni nəzarət mexanizmi tətbiq edilir. Sənədin 5-ci bəndində yazılır:

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev məlumat verib. O qeyd edib:

“Deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmə işində rol oynayacaqdır”.