20 azərbaycanlı həkim Türkiyədən könüllü olaraq cəbhədə vuruşan əsgərlərimizə kömək üçün gəldi - FOTO

sehiyye
9-11-2020, 17:32 555
20 azərbaycanlı həkim Türkiyədən könüllü olaraq cəbhədə vuruşan əsgərlərimizə kömək üçün gəldi - FOTOTürkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.

Bildirilib ki, təşəbbüs Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə reallaşıb.

Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.

Qeyd edək ki, bir ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.

20 azərbaycanlı həkim Türkiyədən könüllü olaraq cəbhədə vuruşan əsgərlərimizə kömək üçün gəldi - FOTO