Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib - FOTO

gundem
8-11-2020, 15:39 1026
Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib - FOTOİngiltərənin paytaxtı Londonda soydaşlarımız Şuşanın işğaldan azad olunması şərəfinə aksiya keçiriblər.

Bu barədə Oxu.Az-a Londonda yaşayan soydaşlarımız məlumat veriblər. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə bir sıra kəndlər və strateji yüksəkliklər azad edilib.

Bu gün, noyabrın 8-də isə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun 28 ildən sonra Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı düşmən işğalından azad etdiyini elan edib.

Şuşanın işğaldan azad edilməsi şərəfinə Londonda yaşayan soydaşlarımız hazırladıqları üçrəngli şanlı Azərbaycan bayrağını London parkında sərgiləyərək aksiya keçiriblər.

Bayrağın uzunluğu 15 metr, eni isə 4 metrə yaxındır. Həmin möhtəşəm görüntüləri təqdim edirik:

Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib - FOTO

Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib - FOTO

Londonda Şuşanın azad olunması şərəfinə aksiya keçirilib - FOTO