Cənab Prezident birinci dəfədir ki, öz ad günümü alnıaçıq, üzüağ qarşıladım - Ali Baş Komandana müraciətlər

siyaset
7-11-2020, 20:45 1217
Cənab Prezident birinci dəfədir ki, öz ad günümü alnıaçıq, üzüağ qarşıladım - Ali Baş Komandana müraciətlərAzərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.
Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı hərbi əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Prezidentə müraciət edənlər arasında Birinci Qarabağ müharibəsi veteranları da var.
Onlar yaşlarının çox olmasına baxmayaraq döyüşlərə hər zaman hazır olduqlarını vurğulayırlar.
Xalqımızın nümayəndələri Prezidenti tarix yazan sərkərdə adlandırır. Bildirirlər ki, vətəndən kənarda yaşayan azərbaycanlılar da Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə Ali Baş Komandanın rəhbərliyi altında azad olunacağına və ərazi bütövlüyümüzün qeyd-şərtsiz təmin ediləcəyinə qəti inanır, həsrətlə Qələbə gününü gözləyir.