Daha 9 rayonda əmək yarmarkası keçiriləcək

sosial
8-09-2015, 12:27 945
Daha 9 rayonda əmək yarmarkası keçiriləcək Nazirlik məlumat yaydı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti bu həftə 9 rayonda əmək yarmarkaları keçirəcək.
Bu barədə nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, əmək yarmarkalarının sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar, və Lerik rayonlarında keçirilməsi planlaşdırılır.
Bundan başqa, yarmarkalar zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək.