"Bayraktar"ın yeni dronu bir ilkə imza atdı

gundem
5-11-2020, 14:54 887
"Bayraktar"ın yeni dronu bir ilkə imza atdıTürkiyənin "Bayraktar” markalı dronlarının yeni modeli "AKINCI TİHA” pilotsuz uçuş aparatı daha bir sınaqdan uğurla keçib.

Baxar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük ölçülü dronun dünən baş tutan test uçuşunda bir ilkə imza atılıb.

Belə ki, AKINCI TİHA zəmin idarəetmə stansiyası olmayan meydana tam avtonom şəkildə eniş-qalxış prosesini həyata keçirib.

Tekirdağın Çorlu bölgəsindən havaya qalxan dron 6 min metr yüksəklikdə süzüb və daha sonra başqa bir meydançaya avtomotik şəkildə enib.

Sınaq prosesinə "Bayraktar”ların yaradıcısı Selçuk Bayraktar şəxsən özü nəzarət edib.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda da Türkiyənin "Bayraktar”ları Azərbaycan ordusunun zəfər yürüşünə xüsusi rəng qatır. (Sfera.az)