Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO

gundem
2-11-2020, 20:57 1157
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEOErmənistanın Vardenis (Göyçə) rayonunun Solk kəndi ərazisində polis əməkdaşlarının dayandırdıqları avtomobildən işğal altında olan Qarabağdan “Kalaşnikov” avtomatı gətirildiyi müəyyən edilib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, axtarış zamanı 7,62 mm çaplı 120 güllə də aşkar edilib. Məlumata görə, Qarabağda döyüşdən imtina edən ermənilər qaçarkən özləri ilə birlikdə avtomat silahlarını da götürüblər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Ermənistana silah-sursat gətirilməsi hallarının artdığını açıqlayıb.