İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildi

sosial
26-10-2020, 21:23 1213
İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildiİşğaldan azad olunan yaşayış məntəqələrində infrastruktur layihələrinə start verilib. İlk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.
Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb.
Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.