Bakının bu küçələrində sürücülər qırmızı işığa düşməyəcək

sosial
8-09-2015, 10:52 940
Bakının bu küçələrində sürücülər qırmızı işığa düşməyəcək “Yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlərin adları açıqlanıb.
Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün daim yeniliklər həyata keçirilir. Bu dəfə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi “yaşıl dalğa” prinsipinin tətbiq olunacağı prospekt və küçələrin sayının artırılması ilə bağlı açıqlama verib.
Bakıda “yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlərin adları açıqlanıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda paytaxtın 4 prospekt və 11 küçəsində işıqforlar “yaşıl dalğa” prinsipilə çalışır.
Bunlar Tbilisi, Qara Qarayev, Nobel və Bülbül prospektləri, Bakıxanov, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Həsən Əliyev, Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Hənifə Ələsgərova, Təbriz və Şərifzadə küçələridir.
Qeyd edək ki, dərs ilinin başlaması ilə avtomobil və sərnişin sıxlığını nəzərə alan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi küçə və prospektlərdə “yaşıl dalğa” tətbiq etməyə başlayıb. Yəni nəqliyytın sıx olduğu küçə və prospektlərdə işıqforlar günün pik saatlarına uyğun olaraq qurulur.
Belə ki, nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə işıqforda yaşıl işıq yandırılır. “Yaşıl dalğa” daha çox paytaxtdakı təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə tətbiq olunur.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyir ki, məktəb başlayanda bu tətbiq ediləcək hazırda işıqforların iş prinsipi araşdırılır, əgər sürücü 45-50 km-lə hərəkət edirsə, “yaşıl dalğa”ya düşəcək.
Dərs ilinin başlanmasına qədər “yaşıl dalğa”nını tətbiq olunacağı küçə və prospektlərin sayınını artırılacağı istisna edilmir.