Ərdoğan: “Öz torpaqlarını işğaldan azad edən Azərbaycanın yanındayıq” - YENİLƏNİB

gundem
25-10-2020, 20:44 1028
Ərdoğan: “Öz torpaqlarını işğaldan azad edən Azərbaycanın yanındayıq” - YENİLƏNİBTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı Qafqazda Azərbaycanın yanında olduğu üçün tənqidlərə məruz qaldığını bildirib:

“Bəzi amerikalılar çıxır, İlham qardaşıma zəng vurur və deyirlər ki, sənin yanında kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Biz yeri gəlsə Türkiyəyə sanksiyalar tətbiq edərik”.

“Nə sanksiyan varsa, dayanma, tələs”, - deyən R.T.Ərdoğan sanksiyalardan qorxmadığını vurğulayıb.

17:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı Azərbaycanın yanında olduğunu açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Öz torpaqlarını işğaldan azad edən Azərbaycanın yanındayıq”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Qarabağ məsələsində Bakıya dəstəyini ifadə edib. Bundan əvvəlki çıxışı zamanı o, Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək mübarizəsinə bütün qəlbi və imkanları ilə dəstək verdiklərini və bundan sonra da verməyə davam edəcəklərini bildirmişdi.