Türkiyə və Rusiya razılığa gəldi

dunya
8-09-2015, 10:51 918
Türkiyə və Rusiya razılığa gəldi “Türk axını” qaz boru xətti layihəsi ətrafında uzun müddət davam edən anlaşmazlığa son qoyulub.
“Türk axını” qaz boru kəməri layihəsi ətrafında Türkiyə və Rusiya arasında uzun müddət davam edən anlaşmazlığa son qoyulub.
Bu barədə "Qazprom" rəhəbərinin köməkçisi Aleksandr Medvedev Moskvada keçiridiyi mətbuat konfransında məlumat verib.
“Türkiyə ilə əvvəl 1-ci xətt, daha sonra digər xəttlərin inşası məsələsində razılıq əldə etdik. Rəsmi Ankaranın digər xətlərin tikintisindən imtina etdiyi ilə bağlı yayılan xəbərlər doğru deyil.” - deyə Qazprom rəsmisi bildirib.
Aleksandr Medvedev bu layihənin Avropanın qaza olan təlabatının artması ilə paralel inkişaf edəcəyini deyib.
Rusiya iyun ayında “Türk axını”nın tikintisinə başlayacağını açıqlamışdı. Ancaq seçkilərədən sonra Türkiyədə baş qaldıran siyasi qeyri-müəyyənlik və təbii qazın satışı ilə əlaqədar danışıqların davam etməsi səbəbi ilə imzalanma ilin əvvəlindən bu günə qədər uzanırdı. Razılaşmanın uzanmasına digər bir səbəb kimi Putinin dəvət olunmasına baxmayaraq, Çalaqalanın 100 illiyi tədbirlərində deyil İravanda keçirilən “erməni soyqırımı” tədbirlərində iştirak etməsı göstərilir.
Putin qondarma soyqrım abidəsini ziyarət edərkən
Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabr ayında Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsinin ləğv edildiyini və “Türk axını” məsələsində razılığa gəlindiyini açıqlamışdı.
“Türk axını” və tikintisi təxirə salınan “Cənub Axını” layihələri
Layihənin tikintisinin tez başa çatmasında Türkiyənin bu qədər maraqlı olmasının səbəblərindən biri kəmərlə nəql ediləcək qazın müəyyən biri hissəsəni almaq niyyətində olmasıdır.
“Türk axını” layihəsinə əsasən Rusiya qazı Qara dənizin dibi ilə Türkiyəyə oradan isə Avropaya çatdırılmalıdır.
Bəzi hallarda Türk axını” ilə TANAP-ın bir birinə rəqib olduğu ilə bağlı informasıyalar yayılsa da xəbərlər öz təsdiqini tapmayıb.
Bu yaxınlarda Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız mətbuata açıqlamasında “Türk axını” ilə TANAP layihəsinin rəqabəti məsələsinə də münasibət bildirib: “TANAP bir növ Türkiyənin məhsuludur. Siyasətimiz bu layihə üçün rəqib yaratmağa istiqamətlənməyib. Türkiyənin imkanları eyni vaxtda bir neçə layihə həyata keçirməyə imkan verir və onlar qətiyyən bir-birilərinə rəqib deyil”.
Nazir digər enerji layihələri arasında TANAP-ın xüsusi əhəmiyyətini qeyd edib: “TANAP heç bir layihəyə alternativ olmadığı kimi, bu və ya digər enerji layihələri də ona alternativ deyil”.