İşğaldan azad olunan ərazilərdə meliorativ tədbirlərin görülməsi müzakirə olunub - FOTO

iqtisadiyyat
24-10-2020, 21:10 1026
İşğaldan azad olunan ərazilərdə meliorativ tədbirlərin görülməsi müzakirə olunub - FOTO“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə payızlıq əkinlərin suvarılması ilə bağlı videokonfrans keçirilib.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən verilən məlumata əsasən, tədbirdə qurumun sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev, aparatının işçiləri, yerli istismar idarələrinin rəisləri, eləcə də Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Nazirliyin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev iştirak ediblər.

Ə.Əhmədzadə bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərimizdə meliorativ tədbirlərin görülməsinə indidən hazırlaşmaqdır:

“Dövlətimizin başçısının da dediyi kimi, ərazilərimizin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bütün torpaqlarımızda məhsuldarlığın əldə olunmasına çalışmalıyıq”, - deyə sədr əlavə edib.

İclasda yerli istismar idarələrində olan vəziyyətdən, mövcud olan sudan səmərəli istifadə olunmasından, qrafik əsasında gecə və gündüz suvarmasından danışılıb.

Bildirilib ki, əvvəlki illərdən fərli olaraq bu il payızlıq əkinlərinin suvarılmasında Kənd Təsərrüfatı Nazirliyinin rayondakı nümayəndəlikləri ilə birlikdə sudan səmərəli istifadə olunmalıdır. Suvarmadakı çətinlikləri azaltmaq və bol məhsul əldə etmək üçün subartezian quyularından və nasoslardan maksimum istifadə edilməli, texniki problemlər dərhal aradan qaldırılmalıdır.

Həmçinin, payızlıq əkinləri arasında ən əsas taxıl bitkisinin suvarılması məsələsi də müzakirə olunub.

İşğaldan azad olunan ərazilərdə meliorativ tədbirlərin görülməsi müzakirə olunub - FOTO

İşğaldan azad olunan ərazilərdə meliorativ tədbirlərin görülməsi müzakirə olunub - FOTO

İşğaldan azad olunan ərazilərdə meliorativ tədbirlərin görülməsi müzakirə olunub - FOTO