Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq

gundem
24-10-2020, 12:27 692
Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaqCəbrayıl Rayon İcra hakimiyyəti Cocuq Mərcanlıda yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, açıq tenderin qalibi “Muğan-RB” MMC olub.

Tenderin şərtlərinə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki kəndarası yollarda təmir işlərinin aparılmasına 19 min 961 manat sərf olunacaq.