» » Türkiyə generalı: “Azərbaycanla Türkiyə birləşə bilərmi?” – Kritik AÇIQLAMA


Türkiyə generalı: “Azərbaycanla Türkiyə birləşə bilərmi?” – Kritik AÇIQLAMA

24-10-2020, 12:04
Oxunub: 584
Çap et
Türkiyə generalı: “Azərbaycanla Türkiyə birləşə bilərmi?” – Kritik AÇIQLAMA“Ən böyük arzum Türkiyə ilə Azərbaycanın birləşməsidir”.

Baxar.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ deyib.

Türkiyənin xarici siyasətindəki inkişafları qiymətləndirən Başbuğ, Ankaranın Ermənistan-Azərbaycan münaqişəsində qeyd-şərtsiz tərəf tutmasının təbii bir şey olduğunu bildirib.
Başbuğ Azərbaycanın Qarabağ əməliyyatı ilə əlaqədar bu açıqlamaları verib:

“Türkiyə və Azərbaycan arasındakı münasibətlər qonşuluğun üstündə, iki qardaş dövlət arasındakı bir münasibətdir. Azərbaycan və Ermənistan arasındakı müharibədə Türkiyə təbii ki, qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır. Xatırladığınız kimi, Ermənistan 1992-ci ildə rusların dəstəyi ilə bütün Qarabağı işğal etdi.
İşğal olunmuş Azərbaycan torpaqları bu ölkənin ərazilərinin demək olar ki, beşdə birini təşkil edir.
Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyat öz torpaqlarını geri qaytarmaq məqsədi daşıyır. Bu, eyni zamanda beynəlxalq hüquq baxımından ədalətli əməliyyatdır”.

İlkər Başbuğ hesab edir ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrini təsir edəcək ən güclü dövlətdir:

“Mövcud reallıq bunu bizə göstərir. Buna görə də Türkiyə mövcud vəziyyəti və Rusiyanın bu problemə təsirini nəzərə almalıdır. Şəxsən mən xarici siyasətdə siyasi reallıqların əsas götürüldüyünə inananlardanam. Bu düşüncədən bir dəfə kənara çıxmışam. 2016-cı il aprelin 14-də Ərzurumda Atatürk Universitetində keçirdiyim konfransda bunun bir xəyal olduğunu söylədim. “Ən böyük arzum Türkiyə və Azərbaycan bir dövlət olmasıdır” dedim. Bəli, bu barədə hələ də xəyal edirəm.
Amma gerçək siyasi realizm buna imkan verirmi? Hesab etmirəm. Hər şeyə rəğmən böyük xəyallar qurmaq hələ də xoşdur”. (teleqraf.com)
Reytinq: