Britaniyada Qarabağ döyüşlərinə dəstək üçün maraqlı aksiya - FOTO/VİDEO
gundem
21-10-2020, 21:41
805

Belə ki, “Facebook” və “Instagram” sosial şəbəkələrində fəaliyyətə başlayan “Karabakh” səhifələrinin müəllifləri tərəfindən London küçələrinə üzərində iri hərflərlə “Karabakh is Azerbaijan” yazıları olan promo avtomobillər buraxılıb.
Həmin avtomobillər Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və jurnalistlər tərəfindən maraqla qarşılanıb.
