Gəncəyə dəhşətli düşmən hücumu yaralıların dili ilə... - VİDEO

gundem
17-10-2020, 09:45 587
Gəncəyə dəhşətli düşmən hücumu yaralıların dili ilə... - VİDEOErmənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket şəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.

Baku TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə, beşə yaxın ev dağıdılıb.

İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə yaralılar var. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq, yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.

Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.