» » Sahibkarlar 145 milyon manatadək kredit əldə ediblər


Sahibkarlar 145 milyon manatadək kredit əldə ediblər

15-10-2020, 19:50
Oxunub: 524
Çap et
Sahibkarlar 145 milyon manatadək kredit əldə ediblərBugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 milyon manatadək kredit əldə edib.

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən, cari il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 milyon manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib.

Həmin kreditlər üzrə faiz subsidiyalarının məbləği 19 milyon manatadək nəzərdə tutulub.

Zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6 faiz təşkil edib.

Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur.

Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.

Qeyd edək ki, fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması artıq yekunlaşıb və elektron sistem tam istifadəyə verilib.
Reytinq: