» » Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi kənddən reportaj - VİDEO


Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi kənddən reportaj - VİDEO

15-10-2020, 08:58
Oxunub: 567
Çap et
Koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi kənddən reportaj - VİDEOOktyabrın 14-dən etibarən ölkənin bir neçə şəhərində koronavirus pandemiyasına yeni yoluxma faktlarının qeydə alınması ilə əlaqədar yeni qaydalar qüvvəyə minib. Qaydaların tətbiq olunduğu Şəki şəhəri və Kiş kəndində karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri gücləndirilib.

Baku TV Kiş kəndindəki mövcud vəziyyətlə bağlı reportaj hazırlayıb.

Kiş kəndində 7300 nəfərdən çox sakin yaşayır. Burada yaşayanların bəziləri karantin rejiminə düzgün əməl edir və bu mübarizədə qalib gəlmək üçün əlindən gələni əsirgəmir. Kiş kəndində yaşayan sakinlərin əksəriyyəti şəhər ərazisindəki müəssisə və idarələrdə işləyir və ya təhsil alır.

Xüsusi karantin rejiminin tətbiqi kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsində məhdudiyyət yaradıb. Müşahidələrə əsasən demək olar ki, istər şəhər, istərsə də kənd ərazisində sakinlərin bəziləri karantin qaydalarına əməl etməyərək sosial məsafəni gözləmirlər. Bu da rayonda pandemiyanın artmasına səbəb olur.

Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar yenidən fəaliyyətə başlayıb. Operativ qərargahın müəyyən etdiyi tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.

Reytinq: