Azərbaycan Ordusu tezliklə tarixi ədaləti bərpa edəcək - Ali Baş Komandana MÜRACİƏTLƏR

siyaset
13-10-2020, 20:23 881
Azərbaycan Ordusu tezliklə tarixi ədaləti bərpa edəcək - Ali Baş Komandana MÜRACİƏTLƏRAzərbaycanlılar və xarici vətandaşlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə Azərbaycan ordusunun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlara tam dəstək ifadə olunur.

Dünyanın müxtəlif ölkələrindən yazılan müraciətlərdə işğalçı Ermənistana qarşı həyata keçirdiyi ədalət müharibəsində xalq Prezident İlham Əliyevi dəstəkləyir.

Müraciət müəllifləri bildirir ki, Prezidentin rəhbərliyi altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaq.