» » Sarsıdan faciə: şəhidimizi dəfn edib qayıdanda gördülər ki...


Sarsıdan faciə: şəhidimizi dəfn edib qayıdanda gördülər ki...

13-10-2020, 15:56
Oxunub: 700
Çap et
Sarsıdan faciə: şəhidimizi dəfn edib qayıdanda gördülər ki...Bu gün Tərtər rayonunun Sarıcalı kəndində insanı sarsıdan faciə baş verib.

Axar.az xəbər verir ki, Vətən uğrunda gedən savaşda şəhid olan Tərtər rayon sakini Mehdi Elçin oğlu Məmmədovun nişanlısı və yaxın qohumu Mələk Vaqif qızı Sultanova intihar edib.

Faktı Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov saytımıza təsdiqləyib. O bildirib ki, bu gün şəhidin dəfn mərasimindən qayıdan zaman Mələk Sultanovanın intihar etdiyi məlum olub.

Məlumata görə, M.Sultanova şəhidimizin ölümünə dözmədiyi üçün həyatına son qoyub.

Qeyd edək ki, Mələk Sultanova 11-ci sinifdə təhsil alırdı.
Reytinq: