General-polkovnik: "İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”

gundem
13-10-2020, 13:34 578
General-polkovnik: "İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”"Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.

Bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır:


“Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.(Report)