Bakının iki rayonunda mənzillərin qeydiyyatı üçün səyyar sənəd qəbulu keçiriləcək

gundem
12-10-2020, 10:49 1057
Bakının iki rayonunda mənzillərin qeydiyyatı üçün səyyar sənəd qəbulu keçiriləcəkİstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu oktyabrın 12-si və 16-sı Bakının iki rayonunda keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 12 oktyabrda sənəd qəbulu Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2944A (Yeni ünvan sisteminə görə X.Məmmədov küçəsi,174), oktyabrın 16-da isə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41BA ünvanında təşkil olunacaq.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar sənəd qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.