Dövlət başçısı: “Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq”

siyaset
11-10-2020, 10:58 603
Dövlət başçısı: “Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq”“Biz, həmçinin Ermənistanın nə etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır”.

Baxar.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində müstəqil müşahidəçilərin kasetli silahlardan istifadəyə dair sualı cavablandırarkən deyib.

“Biz özümüzü müdafiə edirik. Biz bunu etməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz məhv etdiklərimizin demək olar ki, hamısını çox müasir avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamiz qırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edən digər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq”, - deyə dövlət başçısı əlavə edib.