» » QARABAĞ NƏĞMƏLƏRİ


QARABAĞ NƏĞMƏLƏRİ

11-10-2020, 00:40
Oxunub: 1655
Çap et
QARABAĞ NƏĞMƏLƏRİ AZƏRBAYCAN UĞRUNDA

Əsgərlərimin himni ədalət nəğməsidi,
Səngərlərin igidlər, ərənlər nənnisidi.
Mübarizin, Ramilin qeyrəti haqq səsidi,
Bir kəlmə şüarı var, dilində dodağında,
Hamımız çalışırıq Azərbaycan uğrunda!..



Millətimin şöhrəti dastanlar yaradıbdı,
Düşmənlərin bağrını yaxıbdı-yandırıbdı,
Yağılara ölümlük nifrəti yağdırıbdı,
Şairə ilham gəlir qələbə sorağında,
Yazırıq, yaradırıq Azərbaycan uğrunda!

Bulağının suyunda, dərəsində, dağında,
Laləzar təbiəti, çəmənində bağında.
Məhəbbəti gözümün qarasında-ağında.
Babəklərin dayanıb zamanın cığırında,
Yanırıq, alışırıq Azərbaycan uğrunda!..

Yenə gələcək inan, firavan çağlarımız,
Bərəkətli, nemətli Qarabağ bağlarımız!
Babalardan əmanət vüqarlı dağlarımız,
Müqəddəs qibləgahdı üçrəngli bayrağın da,
Çalışıb-vuruşuruq Azərbaycan uğrunda!!...

QARABAĞ NƏĞMƏLƏRİ









SƏNGƏRDƏ DAYANAN ƏSGƏR

Oyanmışıq top səsinə,
İgidlərin nərəsinə,
Murov, Tülküdərəsində.
Hərdənbir gözün yol çəkər,
Səngərdə dayanan əsgər!..

Qorxutmur nə qar, nə yağış,
Səni verənə min alqış,
Yaman gəldi bu ilki qış,
Qarda çəkmənin içində,
Barmağını şaxta kəsər,
Səngərdə dayanan əsgər!

Vətənindi, solun -sağın,
Ürəyindi Qarabağın,
İrəvan əzəl torpağın,
Sən ağasan, “yan”-lar nökər,
Səngərdə dayanan əsgər!..

Qayıtsanız həsrət bitər,
Əziyyətin getməz hədər,
Vətən qiyamətə qədər,
Bizimdi, çalarıq zəfər,
Səngərdə dayanan əsgər!..

Mayisə Əsədullaqızı

QARABAĞ NƏĞMƏLƏRİ
Reytinq: