Bakıda təmir sexi və avtomobil yandı

hadise
8-09-2015, 09:52 862
Bakıda təmir sexi və avtomobil yandı Hadisə zamanı təmirə dayanmış “KİA” markalı iki avtomobildən biri tam, digəri qismən yanıb.
Bakı şəhəri, Sabunçu rayonunda avtomobil təmirisexindəyanğın baş verib. FHN-nin" mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisində ümumi sahəsi 3200 kv.m olan avtomobillərin təmiri sexinin alkapondan ibarət divar üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Hadisə zamanı təmirə dayanmış “KİA” markalı iki avtomobildən biri tam, digəri qismən yanıb. Sexin qalan hissəsi və təmirə dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.