Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi - YENİLƏNİB

gundem
10-10-2020, 16:47 739
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi - YENİLƏNİBXəbər verdiyimiz kimi bu gün Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan, Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə Türkiyəli həmkarını məlumatlandırıb.

Bildirilib ki, nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib.

Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

12:06

Türkiyə Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Onlar Moskvadakı məsləhətləşməni müzakirə ediblər.

M.Çavuşoğlu bildirib ki, Türkiyə yalnız Azərbaycanın qəbul etdiyi qətnaməni dəstəkləyəcək.