Türkiyə terrorçulardan tamamilə təmizlənəcək

dunya
8-09-2015, 09:48 1009
Türkiyə terrorçulardan tamamilə təmizlənəcək Türkiyə baş naziri Əhməd Davudoğlu orduya bu barədə tapşıqırlarını verib
Türkiyə təhlükəsizlik qüvvələrinə ölkəni terrorçulardan tamamilə təmizləmək barədə göstəriş verilib. Bu barədə Türkiyənin baş naziri Əhməd Davutoğlu Hakkaridə 16 əsgərin həyatına son qoymuş terror partlayışından sonra keçirdiyi mətbuat konfransında söz açıb. Davudoğlu bildirib ki, ordunun qadağan olunmuş "Kürd Fəhlə Partiyası"nın (PKK) döyüşçülərinə qarşı ölkənin cənub-şərqində apardığı kompleks əməliyyatlar bundan sonra daha intensiv xarakter daşıyacaq.
“Dostlar, bütün o dağlar terrorçulardan tamamilə təmizlənəcək. Bu mübarizə üçün bütün lazımı vasitələrdən istifadə olunacaq. Dağlar, vadilər, yüksəkliklər və şəhərlər heç bir vəchlə terrorçulara verilməyəcək”.
Təhlükəsizlik qüvvələrinin, əsgərlərin, jandarmaların gözlərindən öpdüynü deyən baş nazir onların fədakarlığını görməyənləri lənətləyib. Baş nazirə görə həmin hadisədən sonra sosial şəbəkədə bəzi qüvvələr tərəfindən xaincə fitnəkar-psixoloji kampaniya aparıldı, birlik və bərabərliyi pozmaq istəyənlər həmin terror hadisəsindən sui-istifadə etdilər. Davudoğlu vurğulayıb ki, bu qara təbliğata (qara piyara) qarşı çiyin-çiyinə mübarizə aparmalıyıq:
"PKK terrorçularının bazar günü Dağlıca şəhərində hərbi kolon keçdiyi əsnada kustar üsulla hazırlanmış minanı partlatması nəticəsində 16 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Rəsmi rəqəmləri dünən Türkiyə Silahlı Qüvvələri yazılı bəyanat şəklində internetdə dərc edib. Terror aktından dərhal sonra hərbi helikopterlər, 4 ədəd "F-16" qırıcısı və 3 ədəd "F-4" hərbi təyyarəsi havaya qaldırılıb PKK-nın ölkənin cənub-şərq bölgəsindəki 23 mövqeyi bombardman edilib."