» » Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı


Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı

27-09-2020, 09:34
Oxunub: 335
Çap et
Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladıBoston Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, qanında D vitamininin miqdarı normal səviyyədə olan COVID-19 xəstələri arasında ölüm və ağır halların səviyyəsi daha aşağıdır.
Bu barədə “PLOS ONE” jurnalı yazıb.
Araşdırma müəllifləri bildiriblər ki, 40 yaşdan yuxarı və qanında normal səviyyədə D vitamini olan xəstələr arasında ölüm ehtimalı sözügedən vitaminin çatışmazlığı olan xəstələrlə müqayisədə 51.5 faiz aşağıdır.
Araşdırma sübuta yetirib ki, D vitamininin kifayət qədər olması mümkün fəsadların və yekun nəticədə ölüm hallarının qarşısını almağa yardım edir.
Reytinq: