İGİD POLAD

yazarlar
25-09-2020, 21:58 3452
İGİD POLADŞƏHİDİMİZ POLAD HƏŞİMOVA İTHAF OLUNUB

Şərəf verdi Vətənə
Minərək köhlən atı.
Ana torpaq yetirib,
Tunc biləkli Poladı.

İgidləri yaşadır,
Cəsarəti, əməli.
Vətənə qoydu heykəl,
Məhəbbətdi təməli.

Polad adına layiq,
Vuruşub, tökdü qanı.
Döyüş əmri gələndə,
İtirmədi bir anı.

İgidlər razı olmaz,
Torpaq verilsin yada.
Sipər olar səngərə,
Yağı gözünə bata.

Bu dünyada insanı,
Yaşadır əməlləri.
Şəhid olub ucaldı,
Yaşayacaq, deməli...

Ürəklərdən silinməz,
Şəhidlərin surəti.
İlbəil çoxalacaq,
Rəhməti, məhəbbəti.

Mayisə Əsədullaqızı
İGİD POLAD