64 kiloqram arıqlayan qadın uğurunun sirrini bölüşdü - FOTO

maraqli
23-09-2020, 14:09 2113
64 kiloqram arıqlayan qadın uğurunun sirrini bölüşdü - FOTOABŞ-ın Texas ştatının Dallas şəhərinin sakini iki il ərzində 64 kq arıqlayıb.

“Womens Health” onun uğurunun sirrini açıqlayıb.

Əczaçılıq şirkətinin 35 yaşlı əməkdaşı Şavonda Brikli 28 yaşında artıq 157 kq olub. 2017-ci ilin dekabr ayında onun həyatında qara zolaq başlayıb, müəyyən çətinliklər yaşayıb.

“Mən hər zaman başqalarının xoşbəxtliyini özümünkündən vacib saymışam, özümü həmişə ikinci yerə qoymuşam. Müəyyən hadisələr oldu və mən düşündüm ki, artıq buna son qoymağın vaxtı çatıb”, - deyə amerikalı danışıb.

Həmin vaxtdan etibarən o, həyatını dəyişmək qərarına gəlib.

Qadın bir sıra pəhrizləri yoxlasa da, nəticələr uğursuz olub. 2019-cu ildə o, ketopəhriz haqqında məlumat oxuyur və bunu sınamaq qərarına gəlir.

O, hər gün səkkiz saatlıq “pəncərə müddəti”ndə istədiyini yeyib, qalan 16 saatı isə ac qalıb.

Hazırda qadın adətən səhər yeməyini ötürür, bəzən isə bekon, yumurta və pendirlə kifayətlənir. Şam yeməyinə isə Brikli qrildə bişmiş toyuq və brokkoli yeyir. Desert kimi özünə keto dondurma, yaxud karamelli və fındıqlı baton icazə verir.

Bundan başqa o, şəxsi məşqçi ilə həftədə üç dəfə idmanla məşğul olur.

“Onun yanına getməyəndə isə altı kilometr yol gedirəm, ya da mobil tətbiqlə qaçıram”, - deyə Brikli bildirib.

O, çəki atma məsələsində uğursuzluğa düçar olanlara təslim olmamaq barədə tövsiyə verib.

“Haradan başlayacağına əmin olmayan hər kəsə məsləhətim: harada başlamağınız və nə qədər kilo atmağınız vacib deyil, sadəcə başlayın! Özünüzə qarşı xeyirxah olun. İdeala deyil, tərəqqiyə diqqət yetirin. Təslim olmayın - öz çəkinizdən başqa itirəcək bir şeyiniz yoxdur”, - deyə o, sözlərini yekunlaşdırıb.

64 kiloqram arıqlayan qadın uğurunun sirrini bölüşdü - FOTO

64 kiloqram arıqlayan qadın uğurunun sirrini bölüşdü - FOTO