Sosial şəbəkələrdə düşmənə qarşı necə mübarizə aparmalıyıq? – VİDEO

gundem
23-09-2020, 14:04 1076
Sosial şəbəkələrdə düşmənə qarşı necə mübarizə aparmalıyıq? – VİDEOSon günlər sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir.

Baku TV xəbər verir ki, bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatlıq doğurub. Çünki bu gün Ermənistan təxribatları təkcə torpaqlarımızda deyil, eyni zamanda informasiya məkanında da törədir.

Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından Azərbaycana qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq.

Biz, düşmənlə müharibə şəraitində olan dövlətik. Ona görə də indiki vəziyyətdə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də sosial şəbəkə istifadəçiləri çox diqqətli, ayıq-sayıq olmalı, paylaşımlarına, statuslarına diqqət yetirməlidirlər ki, ermənilər həmin məlumatlardan ordumuza, əsgərlərimizə qarşı istifadə edə bilməsinlər.