Pandemiyanın məktəblilərə təsiri - VİDEO

tehsil
22-09-2020, 11:10 1100
Pandemiyanın məktəblilərə təsiri - VİDEOArtıq yeddi aydır ki, ölkə pandemiya şəraitində yaşayır və bu pandemiyanın tələb etdiyi bir çox qaydalar var ki, virusa yoluxmamaq üçün həmin şərtlərə əməl etmək çox vacibdir. Amma azyaşlı məktəblilərin bu şəraitdə təhsil almalarında narahatlıq doğuran bir çox məqamlar var. Baku TV mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Pandemiya həyatımıza girəndən müəyyən qaydalarla yaşamağa məcbur olmuşuq. Artıq növbəti tədris ili başladığından bu qaydalara təhsil ocaqlarında da əməl etmək şərt olub. Şagird və müəllimlər məktəb binasına tələb edilən qaydalar çərçivəsində daxil ola bilərlər.Psixoloqlar bildirirlər ki, pandemiyanın tələb etdiyi qaydalara əməl etmək sağlamlığımız üçün böyük əhəmiyyət kəsb edir. Amma bu prosesin mənfi tərəfləri qaçılmazdır. Ən həssas yaş dövründə baş verən bu proses uşaqların psixologiyasında və şüuraltında bir çox fəsadlar törədəcək. Hər halda pandemiya qanunları ilə istər biz böyüklər, istərsə də kiçiklər yaşamağa öyrəşməliyik.