Qərb zonasında güclü partlayış səsi: Ermənistana məxsus PUA vuruldu – İDDİA+VİDEO

gundem
21-09-2020, 11:42 1050
Qərb zonasında güclü partlayış səsi: Ermənistana məxsus PUA vuruldu – İDDİA+VİDEOSentyabrın 20-də saat 23:15 radələrində Azərbaycanın qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.Yayılmış qeyri-rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan PUA əraziyə düşərək partlayıb.