Braziliya telekanalında Ermənistanın Azərbaycan ərazisini işğalından bəhs edilib - VİDEO

dunya
21-09-2020, 11:33 1231
Braziliya telekanalında Ermənistanın Azərbaycan ərazisini işğalından bəhs edilib - VİDEOBraziliyanın aparıcı “Rebe TV2" telekanalında “Por Brasilia” ("Braziliya ətrafında") proqramı çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri E.Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi yayımlanıb.

Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, E.Poluxov müsahibəsində Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışıb.

Müsahibədə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxunulub.

Müsahibədə səfir ölkəmizdə COVID-19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu virus ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.

Müsahibə telekanalda ölkəmizə həsr edilmiş “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq, həmçinin sosial şəbəkələr vasitəsilə də yayımlanır.