Üzərində insanlar olan aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

dunya
19-09-2020, 18:13 1172
Üzərində insanlar olan aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEOMəşhur ekstremal səyyah Mayk Horn Arktikada ekspedisiyasının iki üzvü ilə aysberqin üzərində olarkən çox tonlu buz bloku çevrilib və onlar okeana düşüblər. Lenta.ru-nun məlumatına görə, Horn hadisənin videosunu özünün “Instagram” hesabında yayımlayıb. Kadrlarda onların yıxılması və gəmidəki insanların qışqırtısı eşidilir.
“Fəthdən” əvvəl səhər yeməyi yemək lazım deyildi”, - deyə Horn videoya zarafatyana şərh yazıb. Tədqiqatçı həmçinin hadisə ilə əlaqədar zərərçəkənin olmadığını vurğulayıb.