» » Sumqayıtda məişət tullantıları ilə çirklənmiş dəniz sahili təmizləndi - FOTO

Sumqayıtda məişət tullantıları ilə çirklənmiş dəniz sahili təmizləndi - FOTO

19-09-2020, 18:06
Oxunub: 699
Çap et
Sumqayıtda məişət tullantıları ilə çirklənmiş dəniz sahili təmizləndi - FOTO“Beynəlxalq Sahilyanı Təmizlik Günü” və çimərlik mövsümünün başa çatması ilə əlaqədar “Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında Sumqayıt şəhəri Corat qəsəbəsinin dəniz sahilində təmizlik aksiyası keçirilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, BMT-nin İnkişaf Proqramının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), beynəlxalq təşkilatların, “Özün yarat” müsabiqəsinin, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və “AzEkol” şirkətinin nümayəndələri iştirak edib.
Aksiya zamanı beş hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib. Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

Reytinq: